Yaponiyada "Beni-koji" pəhriz həblərindən ölənlərin sayı 5-ə yüksəlib


Yaponiyada “Beni-koji” pəhriz əlavəsinin qəbulu nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.


"Kobayashi Pharmaceutical Co." şirkətindən verilən məlumata görə, daha bir nəfər qırmızı düyü mayası olan “Beni-koji” içərək dünyasını dəyişib.

Beləliklə, “Beni-koji” pəhriz əlavəsi ilə bağlı ölüm hallarının sayı indiyədək 5-ə yüksəlib. Ölənlərin cinsi və yaşı açıqlanmayıb.

Həyatını itirənlərin "ölüm səbəblərinin müəyyən edilməsi" üçün araşdırmaların davam etdiyi açıqlanıb.

Bildirilib ki, məhsuldakı problemi hələ də aşkar edə bilməyən yapon istehsalçısı bu problemə "kifdən əldə edilən naməlum maddə"nin səbəb ola biləcəyindən şübhələnir.

Səhiyyə, Əmək və Rifah Nazirliyi “Beni-koji” qəbul edən ümumilikdə 93 nəfərin hazırda xəstəxanalarda müalicə aldığını bildirib.

Nazirlik bu günə qədər şirkətə məhsulla bağlı 12 minə yaxın şikayət daxil olduğunu açıqlayıb. Qurum mərkəzi ofisi cənubda Osaka metropolisində yerləşən şirkətə qarşı araşdırma başlatmağa hazırlaşır.

Məlumat verilib ki, şirkət 2023-cü ildə 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.

1919-cu ildə qurulan "Kobayashi Pharmaceutical Co." əczaçılıq şirkəti çoxlu sayda sağlamlıq, gigiyena və qida əlavələri məhsullarını reseptsiz satır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu