Ziya Bünyadov prospektində ağır qəza baş verib: xəsarət alanlar var-FOTOLAR
Bakıda Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmirloyu üzərində yerləşən yol ötürücüsündə (keçmiş Çermet körpüsü) ağır yol-qəza hadisəsi baş verib.
AFN-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Mercedes" E markalı 99 FT 150 nömrə-nişanlı avtomobil yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində ölüm olmasa da, ağır xəsarət alanların olduğu bildirilir.