Kubalı baş məşqçi Azərbaycan millisindən göndərilib


Azərbaycan Boks Federasiya (ABF) Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Domingeslə vidalaşıb.


AFN.az "Report"a istinadən xəbər verir ki, kubalı mütəxəssislə başa çatan müqavilə yeniləməyib. Onu yerli məşqçinin əvəzləyəcəyi gözlənilir.

Təcrübəli mütəxəssisin həmyerlisi, Minsk-2019 Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və 2021-ci ilin dünya çempionu Alfonso Dominges isə yığmadakı çıxışını davam etdirəcək.

ABF-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, baş məşqçi ilə bağlı yekun qərar hələlik verilməyib, rəsmi məlumat olan kimi açıqlanacaq

Qeyd edək ki, Umberto Orta Dominges 2019-cu ildən Azərbaycan millisinə rəhbərlik edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu