UEFA Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib


Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.


İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsinə görə, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandasını üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-17-də, cavab matçları isə avqustun 23-24-də olacaq. “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu