Ronaldo "Əl Nəsr"ə keçdiyi üçün axmaq adlandırıldı


Jurnalist Enrike Raposo portuqaliyalı hücumçu Kriştiano Ronaldonu karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda davam etdirmək qərarına görə tənqid edib.


"Radio Renascenca"nın efirində şərhçinin səsləndirdiyi sözlərini "A Bola" nəşri dərc edib.

"Problem Ronaldonun dünyanın ən pis diktaturalarından biri üçün faydalı bir axmaq olması və digər oyunçuların da özünü legitimləşdirməyə çalışan diktatura üçün faydalı axmaqlara çevrilməsi imkanını açması ilə başlayır" - deyə jurnalist bildirib. O, bütün dünyada ulduz və uşaqlara örnək olan futbolçuların bunu etdikləri üçün kədərləndiyini deyib.

Qeyd edək ki, Ronaldonun tövsiyəsi ilə "Əl-Nəsr" yeni baş məşqçi təyin edib. Nəşr qeyd edir ki, bu, hazırda Braziliyanın "Botafoqo" klubunda baş məşqçi postunu tutan 61 yaşlı portuqaliyalı Luis Kastro olacaq.

İyunun əvvəlində "Əl-Nəsr"in Ronaldoya klubun transfer siyasətinə təsir etmək hüququ verdiyi xəbəri yayılmışdı. Portuqaliyalı ötən ilin dekabrında komandaya qoşularaq, ildə 200 milyon avro dəyərində iki illik müqavilə imzalayıb və onu dünyanın ən çox maaş alan idmançısı edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu