Serbiya yığması Avropa Çempionu oldu
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final görüşü keçirilib.
Qızıl medal uğrunda Hollandiya milli komandası ilə Serbiya yığması qarşılaşıb. Oyun 1:3 hesabı ilə Serbiya voleybolçularının xeyrinə bitib.
Bununla da Serbiya voleybolçuları Avropa çempionatının qızıl medallarına sahib olublar. Hollandiya milli komandası isə çempionatıın gümüş medalları ilə kifayətlənib.