“Sivasspor” - “Qarabağ” matçının hakimləri açıqlandı


Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı üçün hakim təyinatları açıqlanıb.



Oyunun baş hakimi Portuqaliya Futbol Federasiyasından Joao Pinyeyro olacaq. Ona Tiaqo Joze Pereyra Kosta və Pedro Ribeyro köməklik edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.

Georgi Yordanov (Bolqarıstan) hakim-inspektor, Nikoloz Jqarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu