Kakao fabrikləri istehsalı dayandırır - Şokolad böhranı yarana bilər


Fil Dişi Sahili və Qanadakı iri kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə istehsalı azaltmaq və ya dayandırmaq qərarına gəliblər.


Dünya kakao istehsalının yüzdə 60-ını qarşılayan iki ölkədən gələn xəbərlərin ardından bütün dünyada şokoladın qiymətlərinin kəskin artacağı gözlənilir.

Son üç ildə iqlim şəraitinə görə kakao məhsulunun azalması artıq şokolad istehsalçılarını qiymətləri artırmağa sövq edib. İstehsalın azaldılması 4-cü ilə qədər uzandıqca vəziyyətin daha da pisləşəcəyi təxmin edilir.

Reuters agentliyinin məlumatına görə, kakaonun qiyməti keçən il iki dəfədən çox artıb.

Tropik Tədqiqatlar Mərkəzinin kakao mütəxəssisi Stİv Vaterig təchizatın pozulmasının öhdəsindən gəlmək üçün ciddi tələbat azaldılmasının tələb olunduğunu deyib

İstehsalçılar yalnız xam kakaodan istifadə edərək şokolad istehsal edə bilməzlər. Bunun əvəzinə toxumlar yağ və duru halına salınmalıdır.

Lakin toxumun qiymətinin artması bu prosesi edənləri çarəsiz qoyub.

Fil Dişi Sahilinin 9 ən böyük fabrikindən biri olan "Transcao" qiymət artımı səbəbindən toxum almağı dayandırdığını açıqlayıb. Zavod anbarda olan toxumların hələ də emal olunduğunu bildirsə də, mənbələr anbarların boşalmaq üzrə olduğunu bildirib.

Mənbələrdən biri ölkədəki dövlət fabriklərində dünyanın kakao ehtiyacının az qala yarısını ödəyən istehsalın dayanmaq üzrə olduğunu bildirib.

İki nömrəli kakao istehsalçısı olan Qanada 8 fabrikin bir çoxunda istehsalın tez-tez dayandırıldığı bildirildi.

Dövlət kakao şirkəti "CPC"dən verilən açıqlamada fabrikin 20 faiz gücü ilə işlədiyi bildirilib.

Beynəlxalq Kakao Təşkilatı (ICCO) qlobal istehsalın bu il 10,9 faiz azalaraq 4,45 milyon tona çatacağını gözləyir. ICCO-nun məlumatlarına görə, kakao bazarında ardıcıl 4 il ərzində ilk dəfə olaraq təklif kəsiri yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45