"Boeing" şirkətinin baş direktoru istefa verəcək


Amerikanın “Boeing” şirkətinin rəhbəri Deyv Kalhoun təyyarələrində baş verən bir sıra texniki insidentlər fonunda 2024-cü ilin onun şirkətdə baş icraçı direktoru kimi son ili olacağını açıqlayıb.



Bu barədə RİA Novosti aviasiya korporasiyasına istinadən xəbər verib.

Qeyd olunur ki, bu ilin sonuna qədər Kalhoun "Boeing"ə rəhbərlik etməyə davam edəcək. O, istefa qərarını təkbaşına verib.

Bundan əlavə şirkətin kommersiya təyyarələri bölməsinin rəhbəri Sten Deal da vəzifəsini tərk edəcək. Onu baş əməliyyat direktoru vəzifəsində çalışmış Stefani Pope əvəz edəcək. Həmçinin səhmdarların illik yığıncağından sonra Direktorlar Şurasının sədri Larri Kellner də istefa verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu