Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır
Türkiyə Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradır.
Trend-in verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.
"Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", - deyə nazir bildirib.
Zeybekçi qeyd edib ki, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərlə aparılan ticarətindən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.