Neft cüzi bahalaşıb
Bu gün səhər saatlarından başlayaraq dünya bazarında neftin qiyməti cüzi yüksəlib.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 10:15-ə olan məlumata görə, “Brent” markalı neftin sentyabr fyuçersinin 1 barreli 48,12 dollara satılıb.
Bu rəqəm bazar ertəsi səhər alqı-satqı sessiyası başlayan vaxt qeydə alınmış göstəricidən 0,06 dollar, yaxud 0,12% yüksəkdir.