Sərbəst satış sertifikatı "Made in Azerbaijan" brendini təşviq edəcək

Xəbərin çap versiyası
Tarix: 13-09-2017, 16:04    |    Xəbər oxunub: 583 dəfə
Sərbəst satış sertifikatı "Made in Azerbaijan" brendini təşviq edəcək



“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilib ki, Azərbaycanda sərbəst satış sertifikatı veriləcək.

Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənura Talıbova bildirib ki, sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycan Respublikasında istehsal olunan mallara veriləcək: "İxracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyacaq. Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir."

Zənurə Talıbova deyib ki, Azexportun fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının keyfiyyətinə əlavə olaraq, zəmanətin təmin edilməsi ilə bağlı mütəmadi olaraq xarici tərəfdaşlar tərəfindən dünyada geniş yayılmış Sərbəst satış “Free sales” sertifikatları tələb edilir: "Sertifikatın mahiyyəti ondan ibarətdir ki, ölkə daxilində məhsula əvvəlcədən müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) qüvvədə olmasını və həmin məhsulun hal-hazırda ölkə daxilində sərbəst satışa bütün icazələrin olmasını təsdiq edir. Sertifikatın verilməsi proseduru heç bir əlavə laboratoriya və ya testlərin keçirilməsi ilə müşahidə olunmur. Dünya təcrübəsində sərbəst satış sertifikatı malların hər bir partiyasına verilir. Məhsul xarici ölkələrə göndərilirsə sertifikat dövlət və ingilis dillərində verilir."

MDB ölkələri arasında bu cür sertifikatları hazırda yalnız Ukrayna və Rusiya təklif edir. Ukraynada sertifikatların verilməsini Sənaye və Ticarət Palatası, Rusiyada İxraca Dəstək Mərkəzi həyata keçirir. Türkiyədə sertifikatın verilməsi məhsullara görə fərqlənir və əsasən Gömrük və Ticarət Nazirliyinin akkreditə etdiyi müxtəlif konsaltinq şirkətləri tərəfindən təqdim edilir. Z.Talıbovanın sözlərinə görə sertifikatın verilməsi üçün dünya təcrübəsində aşağıdakı sənədlər tələb edilir:

· Şirkətin qeydiyyat şəhadətnaməsi;

· Sərbəst satış sertifikatı tələb olunan malların siyahısı;

· Keyfiyyət sertifikatı;

· Malların uyğunluq sertifikatı; (Qanunla nəzərdə tutulduğu halda)

· malların istehsalı üçün lisenziya; Beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa);

· Ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura).

İİTKM rəsmisi vurğulayıb ki, sərbəst satış sertifikatının verilməsi "Made in Azerbaijan" brendinin təşviqi və qeyri-neft ixracının artımı üçün əlavə təkan olacaq. Sərbəst satış sertifikatını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tədim edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur