Dünya valyuta birjalarında dollar bahalaşdı
Foreksdə dolların aparıcı valyutalara nisbətən orta qiyməti bahalaşır
FED sədri Janet Yellenin çıxışından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti 2%-ə kimi bahalaşıb.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi Amerika Mərkəzi Bankının (FED) mətbuat konfransından sonra 1.1861$-a kimi 1.4% ucuzlaşıb. Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə məzənnəsi 3.52TL-ə kimi 1.5% bahalaşıb.
Təhlillərə görə isə EUR/USD məzənnəsi bu gün Avropa sessiyasında 1.1837$-a kimi ucuzlaşaraq, altında qalarsa, 1.1780$ və 1.1621$-a kimi də ucuzlaşa bilər. USD/TRY məzənnəsi də 3.52TL-nin üzərində möhkəmlənərsə, 3.55TL-ə kimi də dəyər qazana bilər.
FED-in qərarı qızılın da ucuzlaşmasına təsir edib
Bununla yanaşı, FED-in istiqraz balansını azaldacağı qərarı da, əlvan metallar bazarlarında qızıl qiymətlərinin proqnozlaşdırıldığı kimi 1296$-a kimi ucuzlaşmasına təsir edib. (forex.az)