Azərbaycan məhsulları “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Xəbərin çap versiyası
Tarix: 6-10-2017, 18:01    |    Xəbər oxunub: 535 dəfə
Azərbaycan məhsulları “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq


Sabahdan Almaniyanın Köln şəhərində “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayacaq. Oktyabrın 11-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 7400-dən çox şirkətin məhsulları nümayiş olunacaq.



Hər il təqribən 160 min ziyarətçinin qatıldığı “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavillionlarında “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunacaq. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin içkilərə dair pavillionunda Azərbaycan şirkətlərinin meyvə şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, qida pavillionunda isə meyvə, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş ediləcək. Ümumilikdə, Azərbaycan “ANUGA” Sərgisində 20-dən çox şirkətlə təmsil olunacaq.

Qeyd edək ki, “ANUGA” Sərgisinə girişlərdə “Made in Azerbaijan”a dair reklam bannerləri yerləşdirilib. Sərginin ziyarətçilər üçün bələdçisində və kataloqunda isə “Made in Azerbaijan” reklam olunur. Bundan başqa, sərgidə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən videoçarxlar nümayiş olunur.

“ANUGA” Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunduğu sayca 4-cü sərgi olacaq. Bundan əvvəl ölkəmiz Dubayda keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində, Düsseldorfda təşkil edilmiş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində və Moskvada keçirilmiş “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendləri ilə çıxış edib. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına qarşılanır.

Azərbaycan məhsulları “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq
Azərbaycan məhsulları “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur