Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklər haqda

Xəbərin çap versiyası
Tarix: 17-04-2018, 14:16    |    Xəbər oxunub: 768 dəfə
Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklər haqda


Maliyyə nəzarəti sistemində vergi nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o, həm də iqtisadi inkişafın stimullaşdırıcı aləti kimi çıxış edir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafını dəstəkləməlidir. Vergi xidmətində peşəkar və təmiz kadrlara üstünlük verilməli, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejimi yaradılmalıdır.

Bu fikirlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. Məqalənin tam mətnini AzərTac dərc edib.

Administrasiya rəhbəri yazır ki, vergi sisteminə hörmət və inamın artırılması üçün ciddi addımlar atılmalı, vergiödəyiciləri ilə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Vergi uçotunun dəqiq aparılması, auditin real funksiyasının bərpa olunması, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsi yeni mərhələdə vergi nəzarəti orqanlarının xüsusi diqqət yetirməli olduqları fəaliyyət istiqamətləri olmalıdır.

Ramiz Mehdiyev qeyd edir ki, maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri var.

Məqalədən sitat: “Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir».

Virtualaz.org qeyd edir ki, Ramiz Mehdiyevin bu tezisi Azərbaycanın gömrük orqanlarında gözlənilən instusional islahatların mesajı hesab edilə bilər. Belə ki, Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməli olduğu barədə tezis əslində Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyinə, yaxud Vergilər Nazirliyinə birləşdiriləcəyinə dair neçə vaxtdır dolaşan xəbərləri yada salır. Bir çox ölkələrdə gömrük xidməti ayrıca struktur deyil və digər maliyyə nəzarəti orqanlarının tərkibində departament kimi fəaliyyət göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Azərbaycanda tikinti proseduru sadələşib-

Azərbaycanda tikinti proseduru sadələşib- VİDEO

Putin etirazlara görə təcili İrəvana zəng edib

Putin etirazlara görə təcili İrəvana zəng edib

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

Pensiya ilə bağlı sorğu icraata qəbul edilib

Pensiya ilə bağlı sorğu icraata qəbul edilib

“Instagram” da bu funksiyanı aktivləşdirdi

“Instagram” da bu funksiyanı aktivləşdirdi

Marsda canlı yaşayır?-

Marsda canlı yaşayır?- Tabut elm aləmində şok yaradıb-FOTOLAR

Rus arxivi açıldı:

Rus arxivi açıldı: “erməni soyqırımı” ilə bağlı şok sənəd

Ermənistanda hakim koalisiya dağıldı

Ermənistanda hakim koalisiya dağıldı

"Ağadadaşın bildiyi o qədərdir"- Nəzakət Teymurovadan etiraz

Bu yol bağlanır

Bu yol bağlanır

Yeni nazirdən daha 4 təyinat

Yeni nazirdən daha 4 təyinat

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur