Kassa çeklərinin təqdim edilməməsi ciddi maliyyə sanksiyalarına səbəb ola bilər

Xəbərin çap versiyası
Tarix: 8-08-2019, 13:07    |    Xəbər oxunub: 532 dəfə
Kassa çeklərinin təqdim edilməməsi ciddi maliyyə sanksiyalarına səbəb ola bilər


Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai iaşə və xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi istehlakçılarda ciddi narazılıqlar doğurur. Bu cür hallarla rastlaşan vətəndaşların Vergilər Nazirliynə müraciətlərinin sayı gündən-günə artır. Cari ilin əvvəlindən vergi ödəyiciləri üçün güzəştlərin və azadolmaların tətbiq edildiyi, sahibkarlıq obyektlərinin fəaliyyətinin stimullaşdırılması üçün geniş imkanlar yaradıldığı bir şəraitdə onların büdcə vəsaitlərinin formalaşmasında iştirakı da şəffaf olmalıdır.



Xəbər verildiyi kimi, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib. Nazirlik tərəfindən aparılan monitorinqin nəticələri göstərir ki, kassa çeklərinin təqdim edilməsi vəziyyəti qənaətbəxş deyil, bir çox sahibkarlar bu sahədə qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etmirlər.

Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunmuş obyeklərin 97 faizində nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb. Yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Monitorinq zamanı qanun pozuntusu halı ilk dəfə aşkar olunduğundan, Vergilər Nazirliyinin əməkdaşları bu obyektlərə qarşı hər hansı maliyyə sanksiyası tətbiq etməyiblər, vergi ödəyicilərini kassa çeki təqdim olunmasının vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, sanksiyanın tətbiq edilməməsi onlarda arxayınlıq yaratmamalıdır: çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar risk qrupuna aid ediliblər. Bu da həmin vergi ödəyicilərinin fəaliyyət göstərdikləri təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin təkrar keçirilməsi ilə nəticələnəcəkdir.

Vergilər Nazirliyi istehlakçıların da nəzərinə çatdırır ki, onlar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə sərt məsuliyyət tədbirləri nəzərdə tutur.

Vergilər Nazirliyi tövsiyə edir ki, sahibkarlıq subyektləri nəzarət-kassa aparatlarından düzgün istifadə etməli, vurulmuş çekləri mütləq qaydada alıcılara təqdim etməlidirlər ki, böyük məbləğlərdə cərimələrlə, maliyyə sanksiyaları ilə üzləşməsinlər. Sahibkarın kassa aparatlarından istifadə etməməklə vergidən yayındırdığı məbləğ gələcəkdə onun maliyyə sanksiyaları şəklində itirəcəyi məbləğlərdən qat-qat azdır.

Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur