Avropa komissarı: "Sanksiyaya məruz qalan mallar Rusiyaya Mərkəzi Asiya və Ermənistandan daxil olur"


Avropa İttifaqı Avropadan bəzi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan və Qırğızıstana, eləcə də Ermənistana və bu ölkələrdən də Rusiyaya ticarət axınında şübhəli artım müşahidə etdiyini iddia edib.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının Gömrük İttifaqında islahatlarla bağlı Avropa Komissiyasının təkliflərini təqdim edən Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib.

“Aİ-nin ayrı-ayrı ölkələrinin gömrük sistemlərindəki fərqlər bizim sanksiyalardan yan keçmək istəyənlərə bunu ayrı-ayrı sistemlərdəki boşluqlar sayəsində həyata keçirməyə imkan verir... Ticarət yolu ilə sanksiyalardan yayınmağın müəyyən formaları var. Biz dünən Aİ-nin İqtisadi və Maliyyə Şurasında nazirlərə məlumat təqdim edərək bildirdik ki, Aİ-dən bir sıra Mərkəzi Asiya ölkələrinə, Ermənistan, Qazaxıstan, Qırğızıstana ixracda aşkar artım var və bu ölkələr ixracda təxminən müqayisə olunan artımı Rusiyaya göndərir”, - Paolo Gentiloni bildirib.

Avropa komissarı misal çəkərək qeyd edib ki, Qazaxıstana ixracda 185 milyon avro artım müşahidə edilib, o cümlədən Qazaxıstandan Rusiyaya ixracda da 186 milyon avro artım var: "Mən heç kimə barmaq göstərmirəm, amma bu, göz qabağındadır”, - deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu