Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu kəskin azaltdı


Dünya Bankı 2023-cü ildə neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 80 dollara endirib.


2023-cü ildə Brent markalı neftin bir barelinin orta qiyməti yanvarda gözlənildiyi kimi 88 dollar yox, 80 dollar olacaq. Bu barədə Dünya Bankının dünya iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunmuş və ildə iki dəfə dərc olunan hesabatında deyilir.

2024-cü ildə təşkilatın ekspertləri orta qiymətin bir barel üçün 82 dollara yüksələcəyini gözləyirlər. Təbii qazın və kömürün qiymətinə gəlincə, onlar bu il sabitləşməlidir və Avropanın enerji səmərəliliyi sahəsində irəliləyişi və nəticədə enerjiyə tələbatın azalması səbəbindən gələn il aşağı düşməlidir.

Hesabatda qeyd edilir ki, Brent markalı neftin bir barelinin qiyməti 76,4 dollara düşüb. OPEC+ ölkələrinin xammalın maya dəyərini artırmaq cəhdləri hələ ki, effekt verməyib. Assosiasiyanın iyunun 4-də baş tutan nazirlər toplantısı nəticəsində Səudiyyə Ərəbistanı gündəlik hasilatı könüllü olaraq milyon barel azaldacağını bəyan edib.

Ancaq heç bir müttəfiq ona qoşulmağa razı olmayıb. Krallığın hərəkətləri daha çox strategiyanın olmamasından xəbər verir. Büdcəni doldurmaq üçün neftin barrelini 80 dollara satmalıdır, lakin indi krallıq nefti nəinki daha ucuz satır, həm də bacardığından da aşağı satır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu