Uğursuz praktika: Azərbaycanda büdcə bir-iki günə qəbul olunur


"Milli Məclisdə dövlət büdcəsinin müzakirələrində müstəqil ekspertlərin iştirakı təmin olunmalıdır".



Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, burada cəmiyyətin müxtəlif kəsimləri və maraq qrupları iştirak etməlidir: "Azərbaycanda büdcə müzakirələri digər ölkələrə baxanda həddindən artıq sönük keçir. Bu, çox vacib məsələdir. Büdcə istəlinən ölkənin iqtisadi pasportudur. O cümlədən müstəqil ekspertlər də iştirak edib öz fikirlərini deməlidirlər. Amma bizdə büdcə çox qısa zaman ərzində qəbul olunur. Hətta bir çox ölkələrin praktikasında büdcə müzakirələri sentyabrda başlayıb dekabrda bitir. Azərbaycanda isə büdcə bir-iki günə qəbul olunur və bu o qədər də uğurlu praktika deyil".

Natiq Cəfərli bildirib ki, müstəqil ekspertlərin büdcə mazakirəsinə dəvət edilməsi üçün öncə onlar sənədlə bağlı bilgiləndirilməlidir:

"Biz rəqəmlərə çıxmaq, büdcə paketini əldə etmək üçün zülm çəkirik. Ümumi rəqəmlərdən daha vacibi detallı analizdir. O analizlər ki, ictimaiyyətə açıqlanmır. Büdcə paketi hər il təxminən 1000 səhifədən ibarət olur. İctimaiyyətə açılan hissə gəlir və xərc hissəsidir. Sonradan mütəxəsislərin iştirakı ilə təkliflərin toplanması prosesinə start verilməlidir. Çox təəssüf ki, hökumətin bunda marağı yoxdur, çünki geniş ictimai müzakirələr bir çox problemləri də açacaq. Görünən odur ki, bu kimi problemlərin açılmasında hökumət maraqlı deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu