Yaponiyada oğurlanmış qızıl çay qabı tapılıb


Yaponiyanın paytaxtı Tokioda bir müddət bundan öncə oğurlanmış 10 milyon yen dəyərində xalis qızıldan hazırlanmış çay qabı ikinci əl mağazasında tapılıb.



Rəsmi Kyodo agentliyinin məlumatına görə, promo məhsullar sərgisindən oğurlanan çay qabı Koto rayonundakı ikinci əl mağazasından tapılıb.

"Takashimaya"da promo məhsullar sərgisinə sponsorluq edən şirkətin prezidenti qabın üzərindəki qravüra və onun çəkisini yoxlayaraq məhsulun həqiqiliyini təsdiqləyib.

Oğurluqda şübhəli bilinərək həbs edilən 32 yaşlı Horie Masarunun çay qabını ikinci əl mağazasına sataraq 1,8 milyon yen əldə etdiyi qeyd edilib.

Şübhəli Horienin polis sorğusu zamanı əvvəlcə çay içmək üçün qabdan istifadə edə biləcəyini düşündüyünü, ancaq satmağın daha yaxşı olacağını qərara aldığını söylədiyi öyrənildi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu