Bakıda marşrut sahibi olan iş adamı qətlə yetirildi- VİDEO

Xəbərin çap versiyası
Tarix: 14-06-2019, 10:30    |    Xəbər oxunub: 528 dəfə
Bakıda marşrut sahibi olan iş adamı qətlə yetirildi-


Bakının Sabunçu rayonunda silahlı insident olub. Hadisə Bakıxanov qəsəbəsində törədilib. İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib.

Verilən məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib. Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub. Məlumatına görə, Ramiz Məmmədov öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.

Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.
Onu da qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən R.Həsənov “Hozu” ləqəbi ilə tanınırmış.

Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir. Odlu silahla yeznəsini qətlə yetirən şəxs saxlanılıb.

“Hozu” ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.
Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. (APA)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Zamiqlə Röyanın

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ — VİDEO

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

19 iyun 1920-triumviratın ölümü -

19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi:

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb -

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb - VİDEO

Nikah və boşanmaların statistikası açıqlanıb

Nikah və boşanmaların statistikası açıqlanıb

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Yusif Mustafayev efirdə söyüş söydü -

Yusif Mustafayev efirdə söyüş söydü - VİDEO

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Mələk Siyaranın əziz xatirəsinə -

Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur