Yaqub Zurufçu vəfat etdi


Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.


Bu barədə AFN-ə "Yeni Klinika"dan məlumat verilib.

Bildirilib ki, həkimlərin səyinə baxmayaraq, koronavirusa yoluxan Əməkdar artist dünyasını dəyişib.

Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. Mərhum sənətçi 2009-cu ildə Əməkdar artist adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu