“Nağıl qəhrəmanlarının festivalı” başlayır

Xəbərin çap versiyası
Tarix: 7-06-2017, 16:24    |    Xəbər oxunub: 849 dəfə
“Nağıl qəhrəmanlarının festivalı” başlayır



Bildiyimiz kimi, 9 iyun Beynəlxalq Dostlar Günüdür. Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Onun tarixi məlum olmasa da həmin gündə dostlar dostları xatırlayır, bir araya gəlib xoş zaman keçirirlər.



Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Park Bulvar AVM də bu günü 3 günlük festivalla qeyd edəcək.

Belə ki, məhz həmin günlərdə balaca dostlarımız üçün əsl möcüzə baş verəcək, nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları “Nağıl qəhrəmanlarının festivalı”na dəvət edəcək.
İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Bulvar ərazisindən keçməklə Park Bulvar AVM-də bitəcək.
Festivalın açılışı 9 iyun (saat 16.00) tarixində baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinlər olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.
3 gün ərzində (9, 10, 11 iyun) uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan “Qoğal” tamaşası da nümayiş olunacaq.
İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək.
Festivalın son günü “Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
ATƏT PA-nın yeni prezidenti məlum oldu

ATƏT PA-nın yeni prezidenti məlum oldu

Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda 59 nəfər ölüb

Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda 59 nəfər ölüb

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Saakaşviliyə görə Poroşenkonu mühakimə edə bilərlər

Saakaşviliyə görə Poroşenkonu mühakimə edə bilərlər

Bir abituriyent iki qrup üzrə imtahan verə biləcək-

Bir abituriyent iki qrup üzrə imtahan verə biləcək- yenilik

Qoqolun sirli ölümü

Qoqolun sirli ölümü

HHM qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib

HHM qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib

Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Hər gün 7 min körpə ölür

Hər gün 7 min körpə ölür

Bakıda sahibsiz itlər nömrələnəcək

Bakıda sahibsiz itlər nömrələnəcək

Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar

Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur