Baş redaktor prezidentə müraciət etdi: Allah bizi məmur şərindən qorusun!




Füzuli rayonundan məcburi köçkün, hazırda Beyləqan rayon SMD-42 qəsəbəsində məskunlaşıb yaşayan, jurnalist, Sonolay.org saytının baş redaktoru Qurbanov Ramin Məhəmməd oğlu prezident İlham Əliyevə müraciət edib. AFN jurnalistin müraciətini olduğu kimi təqdim edir:

Möhtərəm cənab Prezident!
Artıq Sizə etdiyim və Prezident Administrasiyasının ərizə və şikayətlər şöbəsində itib-batan müraciətlərimin sayını itirmişəm. Açığı, hər dəfə Sizə müraciət etdikcə, hər bir misramı sonsuz ümidlərlə yazmışam. Sizə müraciət ünvanlamağım məni sakitləşdirirdi, inamımı artırırdı. Ümidlənmişdim ki, haqq səsimizə səs verəcəksiniz, bizi üzləşdiyimiz məmur şərindən xilas edəcəksiniz.
Elə bu müraciətimi də Sizə böyük ümidlə yazıram, çünki hələ də Sizə olan ümidlərim tükənməyib. Baxmayaraq ki, indiyə qədər etdiyim saysız - hesabsız müraciətlərim yolda "düyünə düşüb", nəticəsiz qalıb, amma yenə də bu mənim Sizə olan ümid çırağımı söndürməyib.
Möhtərəm Cənab Prezident!
Belə bir deyim var: “Allah kişini qadın şərindən, məkri-zənəndən uzaq etsin”. Mən isə bu misalı korrupsiyalaşmış bürokratiyaya şamil edir, “Allah bizləri ("bizlər" dedikdə, jurnalistləri nəzərdə tuturam) məmur şərindən uzaq etsin” - deyirəm. Sizi inandırıram ki, qadın şərindən xilas olmaq bəlkə də asandır, nəinki, harınlamış məmur şərindən. Atam və mən məhz məmurların şərinə qurban gedirik. Atam Qurbanov Məhəmməd Rəşid oğlu Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədovun sifarişi ilə şərlənərək qanunsuz həbs olunub. Belə ki, ixtiyar yaşlı atam Qurbanov Məhəmməd Rəşid oğlu icra başçısı Şahin Məmmədovun xüsusi tapşırığı ilə şərlənərək 06.03.2017-ci il tarixində Ağcabədi rayon məhkəməsinin hökmü ilə üç il müddətində azadlıqdan məhrum edilmişdir.

Atamın həbs olunması mənim jurnalist fəaliyyətimlə bağlıdır. Ona görə ki, mən bir jurnalist olaraq peşə fəaliyyətimlə əlaqədar 2016-cı ilin may – iyun aylarında Ağcabədi rayon təhsilində mənimsənilən 897,0 min manat dövlət vəsaitini aşkara çıxarmışam. Həmin fakta görə, Ağcabədi rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Mehdi Əhmədov barəsində 2016-cı ilin avqust ayında Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 162026172 №-li cinayət işi açılmışdır.

Əlbəttə, anlaşılandır ki, Ağcabədi məktəblərində mənimsənilən 897,0 min manat dövlət vəsaitini təhsil şöbəsinin müdiri Mehdi Əhmədov təkbaşına "həzm-rabe"dən keçirməyib. Heç şübhəsiz ki, Ağcabədi rayonunda bu qədər dövlət vəsaitinin yoxa çıxmasından icra başçısı Şahin Məmmədov xəbərsiz olmayıb. Şübhə etmirəm də ki, bu korrupsiya cinayətində başçının izn - rüsxəti olmamış deyildir. Məsələnin ilginc tərəfi də bundan ibarətdir ki, Ağcabədi məktəblərində mənimsənilən külli miqdarda dövlət vəsaitini aşkara çıxardığım üçün icra başçısı Şahin Məmmədov məndən qisas almaq məqsədi ilə atam Qurbanov Məhəmməd Rəşid oğlunu şərlədərək Cinayət Məcəlləsinin hədə - qorxu maddəsi ilə həbs etdirmişdir.

Ümumiyyətlə, Şahin Məmmədov adlı icra başçısı son 3 ildə Ağcabədi rayonunda onun barəsində haqqı yazan 6-7 jurnalist və tənqidi fikir daşıyıcısı olan qeyri şəxsləri həbs etdirib. Atama qarşı belə bir saxta və qondarma cinayət işinin açılması da Ş. Məmmədovun növbəti iyrənc planının bir hissəsidir. İcra başçısının atamı qanunsuz həbs etmə tapşırığını isə Ağcabədi rayon məhkəməsinin hakimi Etibar Quliyev can - başla yerinə yetirmişdir. Onu da qeyd edim ki, Etibar Quliyev icra başçısının tapşırığı ilə daha bir neçə nəfərin qanunsuz həbsinə qərar verib. Atam Qurbanov Məhəmməd Rəşid oğlunun törətmədiyi əmələ görə rayon rəhbərinin tapşırığı ilə şərlənərək həbs edilməsi sivil və demokratik ölkə olan Azərbaycanın imicinə zərbədir. Çünki Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevdən bizə yadigar qalmışdır. Bu Müstəqil Azərbaycan dövlətinin qarantı isə Sizsiniz, Cənab Prezident! İmkan verməyin ki, bu ölkəni korrupsioner, talançı məmurlar qəsb etsin.
Möhtərəm Cənab Prezident!
Ağcabədi rayon məhkəməsinin 06.03.2016-cı il tarixli hökmündən Şirvan Apellyasiya məhkəməsinə şikayət vermişdik. Ümid edirdim ki, Apellyasiya məhkəməsi Ağcabədi rayon məhkəməsinin hökmünü obyektiv şəkildə araşdıraraq ədalətli qərar çıxardacaqdır. Lakin Şirvan Apellyasiya məhkəməsinin hakimi Etibar Camalov həmkarı Etibar Quliyevdən heç də fərqlənməyib, 31.05.2017-ci il tarixində keçirilən məhkəmə prosesində Ağcabədi rayon məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlamışdır. Bu da o deməkdir ki, bu gün ölkədə ədalət prinsipi məhz elə məhkəmələr, Etibarlar tərəfindən pozulur. İnanın ki, Allahın hökmü belə işləmir bu cür hakimlərin hökmü qarşısında. Bu dəfə də apellyasiya məhkəməsi məni cəzalandırmaq və haqq sözümdən döndərmək üçün icra başçısı Şahin Məmmədovun tapşırığı ilə atamın barəsində çıxarılan qanunsuz hökmü qüvvədə saxladı. Hələ də başa düşə bilmirəm ki, mənim, atamın günahımız nədir. Neyləmişik ki, bizə qarşı belə bir repressiv hərəkətlər aparılır. İndi ümidimiz qalıb Ali Məhkəməyə, bəlkə indiyə qədər üzləşdiyimiz haqsızlıqlara son qoyula.
Cənab Prezident, Sizdən çox xahiş edirəm, bizim haqq sözümüzə səs verin, atamın qanunsuz həbsdən qurtulmasına kömək edin. Əgər bizim cinayətimiz varsa, o da mənimsənilən 897,0 min manat dövlət vəsaitini aşkara çıxarmağımızdır. Əgər bunu bizə cinayət hesab edib cəzalandırılmağımızı Siz də məqsədəmüvafiq sayırsınızsa, bu başqa məsələ. “Cəzalandırırsınız” ona görə yazıram ki, çünki məhkəmələr məhz Sizin başçılıq etdiyiniz dövlət adından çıxış edirlər.

Sonolay.org İnformasiya Agentliyinin baş redaktoru, jurnalist Qurbanov Ramin Məhəmməd oğlu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45