Küləyə tüpürənlər


Küləyə tüpürənlər


"Üzərindəki ləkələri qapatmağın ən yaxşı metodu başqalarına daha böyük ləkələr vurmaqdır" dedi bir ağsaqqal...

Bizi uşaq vaxtı inandırmışdılar ki, gənclər yaşlılardan həmişə yaxşı təcrübələr mənimsəyir. Bizim vaxtımızda insanlar yaşlandıqca ağırlaşar, özünəhörmət hissi güclənərdi.

Ölkədə yeni növ dayı və xalalar peyda olub. Bu adamların funksiyası özlərindən fərqli olan, alayı cür düşünən hamıya vedrə bağlamaq, şəbədə qoşmaqdır. Onların gözündə özündən hörmətli hamı agent, başqa ölkəyə işləyən, erməni şəbəkəsinin nümayəndəsidir. Belə adamlar əksər hallarda uğursuz siyasətçilər, cəmiyyətdə hələ də yerini müəyyənləşdirə bilməyən qoca hərşeyşünasların içərisindən çıxır.

"Erməni şəbəkəsinin nümayəndəsi olmaq" nə deməkdir? Belə çıxır ki, ölkədə Ermənistanın Xüsusi Xidmət Orqanlarına işləyən konkret adam var. Və həmin iddianı ortaya atan adam bu haqda dəqiq məlumatlıdır. Məlumatlıdırsa, niyə bu haqda müvafiq ünvanlara rəsmi müraciət etmir? Əgər hansısa agentin agentliyi gün işığına çıxırsa, (deşifrə olunursa) bu, yalnız həmin qurumun istəyinin nəticəsində olur. Və dünya praktikasında qəbul olunmuş qayda budur ki, bir şəxsin digər şəxsi konkret qurumla əməkdaşlıqda ittiham etməsi, bunun üzərində dayanması o zaman olur ki, özü də həmin şəbəkəyə aid olur. Dəyişilməz standartlarla bağlı dayı və xalaları məlumatlandırın ki, özlərini ələ verməsinlər.

Bir şəxsin digər şəxsi hansısa şəbəkəyə işləməkdə, əməkdaşlıq etməkdə ittiham etməsinin psixoloji tərəfləri aydındır. Bu iddialar havaya tüpürməyə bənzəyir. Həmçinin ləkələmək, şantaj etmək, töhmət altında qoymaq, yalnız və yalnız bir məqsədi daşıyır: Özü haqda olan real murdarlığı, ləkəli keçmişi unutdurmağa çalışmaq.

Digər tərəfdən də belə çıxır ki, bu xalaların və dayıların bildiyi möhtəşəm faktı yerli orqanlar bilmir. Avtomatik olaraq bu iddialar yerli orqanları məlumatsızlıq və hərəkətsizlikdə ittiham edir. Həmçinin o dayı və xalalara bu məsuliyyətləri haqda da məlumat verin.

Ey gidi günlər, ey...

Vaxt var idi, SOROS, ATƏT -dən qrant almaq üçün saç yolmayana, üz cırmayana pis baxardılar. O pulları alanlar, fondlara da, bizə də inandırırdılar ki, vətəndaş cəmiyyəti quracaqlar. Qurdular da... Həmin xala və dayılar o pulları cəmiyyətin xeyrinə istifadə etdilər. Məsələn, özlərinə gözəllik salonları, kafelər açdılar. Bu da oldu vətəndaş cəmiyyətinə dəstək. İndi həmin qövmdən olan adamlar dünən yumurtadan çıxanları, ölkədən SOROS şələ-küləsini yığıb gedəndən sonra doğulanları "sorosaişləyən" adlandırır. Bunun adı nədir? Niyə saçı-saqqalı ağarmışlar hamımızı skleroz hesab edir? Biz bunları unutsaq da, Google unutmur. Qrant lahiyələrinin qalibləri bütün fondların arxivində qalır. Bunu üzünüzə vururuqmu? Xeyr! "Atandan atana halaldır" deyib keçirik. Həm də demək istəyirik ki, sizdən gənc nəsillərin sizin qədər ləkələnmək, min budağa qonmaq imkanları sizin qədər olmayıb. "İşverənlik" deyən idman növünü də köhnələr qədər mənimsəməyib.

Fondların uzaqbaşı ölkəyə yararı bir-iki yaxşı kurs təşkil edib, hüquqi maarifləndirmə olub. Qalanı isə gecə klublarına prezervativ, şprits paylamaq qədər faydalı iş əmsalı olmayan fəaliyyətdən ibarət idi. SOROS da, ATƏT də, şprits, prezervativ qutularını qoltuqlarına vurub getdi... Özündən sonra min budaq gəzən, həm siyasətdən, həm də ictimai sektordan yanıq, nəsibini almamış uğursuz adamları qoydu. Bu adamlar hər gün kimisə ifşa etməklə, kimisə agent çıxartmaqla evlərinə çörək aparır. Əvvəllər ölkədən xarici fondlara "işverənlik" edib, fondları dolayıb pul alanlar, indi də dövlət qurumlarının başını 4-5 adamın adını çəkib, söyməklə qatırlar. Yaxın keçmişdə bu adamlar xarici fondlara söz verirdilər ki, ölkədə baş verən bütün siyasi dəyişikliklər birinci sizin ovcunuzda olacaq, ətrafımıza özümüz ağılda ölkədən zəhləsi gedən adamları cəlb edib qəhrəman edəcəyik. İndi isə dövlət qurumlarının başını "filankəsi ifşa etdim, xaricə işləyir" nağılları ilə qatıb çörəkpulu qazanırlar.

İttiham edənləri ittiham edin. Onların keçmişini araşdırın. Hazırkı gününə qədər gəzdiyi ocaqları bi-bir üzünə vurun. Uğursuzluqlarını xatırladın. Nəhayət onları qəflət yuxusundan ayıldın ki, başqalarını ləkələməklə, şantaj etməklə, erməniyə işləyən çıxartmaqla keçmişini, satdığın cinahları, dostları bizə unutdura bilməzsən. Bu gedişatı dayandırmaq imkanı hələ ləkələnməmiş, korlanmamış gəncliyin əlindədir. İmkan verməyin ki, kaftar sürüsünün ulartısı təmiz insanları töhmət altında buraxsın. Onların özlərinin ifşa olunmağa, ikiüzlülüklərini etiraf edib rahat ölməyə ehtiyacları var.

Qədimdə kişilər dalaşanda bir-birinə palçıq yox, daş atarmış. İndi isə kişilər bir-birinə söz, ləkə atır.

Günay Arda, milli.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45