Vəkil: “Lapşin ümid edir ki, azadlığa çıxacaq”




Bakıda həbsdə olan bloqer Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində vəkili ilə görüşüb.

Bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.

Vəkilin sözlərinə görə, A.Lapşin hazırda tibb məntəqəsində müalicəsini davam etdirir, həkim nəzarətində saxlanılır:
"Saxlanma şəraiti və səhhəti normaldır. Səhhətində ağırlaşma yoxdur. Görüş zamanı istintaq materialları barədə danışdıq. O, azadlığa buraxılmasını istəyir. Ümid edir ki, məhkəmə onu azadlığa buraxacaq".
Vəkil əlavə edib ki, A.Lapşin barədə başlanmış cinayət işinin istintaqı tam yekunlaşıb və hazırda iş tanışlıq mərhələsindədir. Daha sonra isə materiallar məhkəməyə göndəriləcək.

Xatırladaq ki, A.Lapşin bir müddət əvvəl səhhəti ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişdi. O, təcridxana nəzarətçilərinin müşayiəti ilə Bakıdakı özəl klinikalardan birinə aparılıb və orada müayinə olunub. Müayinə zamanı ona "ürəyin taxikardiyası" diaqnozu qoyulub. Müayinələrdən sonra Lapşin təcridxananın tibb məntəqəsinə köçürülüb.(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu