Qarabağda erməni hərbçisi məhv olub
Dünən təxminən saat 17:30-da Dağlıq Qarabağda bədbəxt hadisə nəticəsində işğalçı Ermənistan ordusunun hərbi hissələrindən birində müqavilə üzrə xidmət göstərən 1982-ci ili təvəllüdlü hərbçi Armen Ovakimyan ölüb.
AFN “Sputnik”ə istinadən xəbər verir ki, hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.