Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılıb


Bakıda təşkil olunacaq bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) "AFN.az"a verilən məlumata görə, mərasim “Şahdağ” yay-qış turizm mərkəzində baş tutub.

Tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana Todorova, AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva, AGF-nin baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.

Qeyd edək ki, yarış 17 - 21 mayda gerçəkləşəcək. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu