Mehriban Əliyeva birinci vitse-prezident oldu-VİDEO
Azərbaycanda 1-ci vitse-prezident postuna təyinat olub.
AFN president.az saytına istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:
Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 1031 -ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:
Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
[media=https://www.youtube.com/watch?v=Kz9jPjCMymg]