İlham Əliyev: "TANAP Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq"

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 17:48    |    Xəbər oxunub: 850 dəfə
İlham Əliyev:


TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək:

"Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün də belədir, həmişə də belə olmalıdır. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir. İqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır. Qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur".

İlham Əliyev əlavə edib ki, bu sərmayə qoyuluşu davam edir və daha da böyük rəqəmlərə çatacaq:

"Bu il TANAP layihəsinin istismara verilməsini birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurlu başa çatır. Bizim ölkələrimizi bir-birinə daha sıx bağlayacaq. Eyni zamanda, bu layihədən faydalanan ölkələrə yeni imkanlar açacaq. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik. Bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bu, Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra üçüncü tarixi layihəmizdir ki, ölkələrimiz bu layihələri birlikdə icra edib. Yəni bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız üçün, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya üçün də çox böyük əhəmiyyət daşıyır". (trend)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Jurnalistlərdən yox, düzgün ünvanlanmayan sualdan təngə gəlmişəm”-

“Jurnalistlərdən yox, düzgün ünvanlanmayan sualdan təngə gəlmişəm”- Mətbuat katibinin bir iş günü+VİDEO

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur