Fəttah Heydərov MM-in Hesablayıcı komissiyasının sədri seçilib


Fəttah Heydərov MM-in Hesablayıcı komissiyasının sədri seçilib


Milli Məclisin Hesablayıcı komissiyasının sədri məlum olub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açıqlamasında deyib ki, Hesablayıcı komissiyanın bu gün keçirilən iclasında Fəttah Heydərov komissiyanın sədri seçilib.

Mixail Zabelin isə Hesablayıcı Komissiyanın katibi olub.

Qeyd edək ki, Hesablayıcı komissiya MM-in dünən yeni tərkibdə keçirilən ilk iclasında formalaşdırılıb. Komissiyaya Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Fəttah Heydərov, Sevinc Hüseynova, Sədaqət Vəliyeva və Mixail Zabelin daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu