Elxan Şahinoğlu: "Putin düşmənləri ilə yanaşı dostlarını da çətin vəziyyətə salıb"


Rusiya prezidenti Vladimir Putin düşmənləri ilə yanaşı dostlarını da çətin vəziyyətə salıb.


AFN.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında qeyd edib. O, bldirib ki, Pekin Kremlin işğalçı siyastətinə səssiz qalsa da, həyəcan içindədir:

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə Çində kömürün qiyməti artıb. Kömür Çində istifadə olunan əsas enerji mənbəyidir. Mütəxəssislərin fikrincə, kömürün qiymətinin yüksəlməsi Çin iqtisadiyyatının digər sahələrinə də mənfi təsir edəcək. Ukrayna ətrafında baş verənlər neftin qiymətinin də artımını sürətləndirib ki, bu da kənardan neft alan Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir.
Rusiya yaxın gələcəkdə qazı Avropaya sata bilməsə ümidi Çinə qalacaq. Ancaq Çin tamamən Rusiya qazından asılı vəziyyətə düçmək istəyərmi? Çin bu gün Rusiyanın strateji tərəfdaşıdır, sabah durum dəyişsə Moskva Avropanı qazla təhdid etdiyi kimi Çini də təhdid etməyəcəkmi?
Bu arada, ABŞ və Böyük Britanlyanın Rusiya banklarına və oliqarxlarına qarşı tətbiq edəcəyi sanksiya qərarı Kreml sahibini düşündürüb. Putin hiyləgər siyasətçidir və bütün planlarını detallarına qədər əvvəlcədən hazırlayır. Putin Ukraynaya müdaxilə planını aylardır hazırlayırdı, bu sırada Kiyevin mühasirəyə alınmasından tutmuş Cernobıl atom elektrik stansiyasının ələ keçirilməcinə qədər bütün bəndlər çoxdan hazırlanıb. Ancaq Putin hərbi müdaxilədən sonra üzləşəcəyi bütün geosiyasi və iqtisadi risqləri hesablamaq iqtidarında deyil. Ona görə də o fevralın 24-də Kremldə tələsik yerli biznesmenlər görüş həyata keçirdi. Putin onları hökumətlə təmasda işləməyə dəvət etdi. Bu görüş təsadüfi deyildi.
Rusiyanın bank sahibləri və oliqarxları Ukrayna ilə müharibə fonunda böyük maliyyə itkiləriylə üzləşəcəklər. Onların Qərb banklarındakı şəxsi hesabları dondurulacaq, ABŞ və Avropada yaşayan övladlarını çətinliklər gözləyəcək. Bütün bunlar da Putinin Ukraynaya işğalına görə baş verəcək. Deməli bir müddətdən sonra bamk sahibləri və oliqarlar Putindən hesab sora bilərlər. Putin bunu qabaqlamaq üçün biznesmenlərlə görüşüb onları sakitləşdirməyə çalışıb. Ancaq müharibə davam etdikcə siyasi və iqtisadi risqlər artacaq və bu gün sakit görünən bank sahiblərinin və oliqarxlarının maliyyə itkiləri böyüyəcək. Bu zaman onlar siyasi proseslərə təsir etməyə çalışacaqlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu