Rusiya AŞPA üzvlüyündən məhrum edildi


Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanı Nazirlər Komitəsində və Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum etmək barədə qərar qəbul edib.


Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat verilib.

“Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, Nazirlər Komitəsi Rusiya Federasiyasının Ukraynaya silahlı hücum etməsi səbəbilə Rusiya Federasiyasının Nazirlər Komitəsində və Parlament Assambleyasında təmsilçilik hüququndan dərhal məhrum edilməsi barədə qərar qəbul edib.

Bu gün qəbul edilən qərar o deməkdir ki, Rusiya Federasiyası Avropa Şurasının üzvü və Avropa Şurasının müvafiq konvensiyalarının, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının tərəfi olaraq qalır”, - bəyanatda deyilir.

Eyni zamanda, Polşanın Baş naziri Mateuş Moravetskinin tviterdə yazdığına görə, Avropa Şurasının Nazirlər Komitəsi Ukrayna və Polşanın təşəbbüsü ilə Rusiyanın Avropa Şurasına üzvlüyünün dayandırılması prosedurunu başladıb, tezliklə yekun qərar veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu