Səfir Türkiyənin Ukrayna ilə bağlı mövqeyini açıqladı


“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında hazırda baş verən hadisələrlə bağlı bəyanatı kifayət qədər aydın və dəqiqdir. Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyündən yanadır”.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Xocalı soyqırımı ilə bağlı baş tutan ziyarətdən sonra jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Ukraynaya qarşı həyata keçirilən hərbi əməliyyat qəbuledilməzdir: "Biz bunu rədd edirik. Beynəlxalq hüquqa zidd olaraq qəbul etdiyimiz bu addım bölgənin rifahına, sabitlik və sülhünə vurulmuş ağır bir zərbədir. Türkiyənin mövqeyi budur. Türkiyə Ukraynadakı münaqişəni həll etmək üçün vasitəçilik təşəbbüsünü davam etdirib. Təəssüflər olsun ki, bu çərçivədə bir nəticə əldə olunmayıb.

Lakin bu, o demək deyil ki, nəticə olmayacaq. Türkiyə həm NATO çərçivəsində, həm də beynəlxalq platformalarda öz təşəbbüslərini davam etdirir. Ölkəmiz bu məsələnin tezliklə diplomatiya yolu ilə həll olunması üçün əlindən gələni edir. Diləyimiz atəşkəsin tez bir zamanda elan edilməsi və məsələnin diplomatiya yolu ilə həll olunmasıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu