Niger ABŞ ilə hərbi razılaşmanı ləğv etdi


Niger ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsini "dərhal qüvvəyə minməklə" ləğv etdiyini açıqlayıb.



Hökumət sözçüsü Amadou Abdramane dövlət televiziyasında verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin hərbi və mülki personalının Nigerdə ​​xidmət etməsinə icazə verən hərbi müqavilənin dərhal ləğv edildiyini bildirib.

Abdramane Amerika rəsmilərini keçən həftə Nigerdə ​​danışıqlar aparan ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi və ABŞ Afrika Komandanlığı (AFRICOM) komandanı general Maykl Lenqlinin səfəri ilə bağlı əvvəlcədən məlumat verməməkdə günahlandırıb.

Qeyd edək ki, ABŞ-ın Nigerdə ​​təxminən 1000 əsgəri və Sahara səhrasının cənub ucunda yerləşən Agadez şəhəri yaxınlığında "Niger Air Base 201" adlı PUA bazası var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu