Rumıniya 2,7 milyard dollarlıq sərmayə ilə nəhəng NATO bazası tikiləcək


Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazalarından birinin tikintisinə başlanılıb.



Ölkə mətbuatının məlumatına görə, Rumıniya nəhəng hərbi baza üçün təxminən 2,7 milyard dollar büdcə ayırıb.

Layihə çərçivəsində Rumıniyanın Konstansa yaxınlığında yerləşən 57-ci Hava Bazası genişləndirilərək təxminən 10 min NATO personalı və onların ailə üzvlərini qəbul etməyə hazır vəziyyətə gətiriləcək.

Sözügedən baza hərbi təyyarələr üçün uçuş-enmə zolaqları və anqarlar kimi əsas hərbi infrastrukturlara, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana kimi mülki obyektlərə malik olacaq və müxtəlif əməliyyat tələblərinə cavab verəcək şəkildə təchiz olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu