Tayvan TikTok-u "milli təhlükəsizliyə təhdid" olaraq görür


Çinlə suverenlik mübahisəsi olan Tayvanda hökumət sosial şəbəkə tətbiqi TikTok-u “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirdiklərini açıqlayıb.


Tayvanın CNA agentliyinin məlumatına görə, Rəqəmsal Məsələlər Naziri Audrey Tang keçən həftə keçirilən parlament iclasında Çinin "Bytedance" şirkətinin əsas tərəfdaşı olduğu TikTok-un milli informasiya və kommunikasiya təhlükəsizliyi baxımından “təhlükəli məhsul” kimi təsnif edildiyini bildirib.

Nazir Tanq düşmən dövlətlərin dolayı və ya birbaşa nəzarətində olan məhsulların milli təhlükəsizliyə təhdid hesab edildiyini vurğulayıb.

Tayvan rəsmisinin açıqlaması göstərir ki, ada hökumətinin TikTok-la bağlı mövqeyi milli təhlükəsizlik səbəbi ilə tətbiqin qadağan edilməsini müzakirə edən ABŞ-la uyğundur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu