Moskvada törədilən terrordan sonra Avropada terror xəbərdarlığı


Rusiyanın paytaxtı Moskvada törədilən terror aktından sonra Avropada təhlükəsizlik tədbirləri gücləndirilir. Terror təşkilatı İŞID-ın üzərinə götürdüyü hücumdan sonra ölkələr bir-birinin ardınca addımlar atıb.



Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi Avropa ölkələrində panikaya səbəb olub.

Fransada terror təhlükəsi xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb.

Paytaxt Parisdə polis qrupları Eyfel qülləsi və Luvr piramidası yaxınlığında nəzarəti gücləndirib.

İtaliyada da təhlükəsizlik səviyyəsi artırılıb.

İtaliya Daxili İşlər Nazirliyi Moskvadakı hücumun antiterror tədbirləri çərçivəsində diqqətlə təhlil edildiyini bildirib.

Təhlükəsizlik qüvvələrinin qatar stansiyaları, hava limanları və səfirliklər kimi həssas nöqtələrdə müşahidə və nəzarət fəaliyyətlərini gücləndirəcəyi qeyd edilib.

Moskvada baş verən terror aktı Almaniyada da gündəmdədir.

Daxili işlər naziri Nensi Fazer İŞID-ın Almaniya üçün də böyük təhlükə olduğunu bildirib.

O bildirib ki, vəziyyətə Konstitusiyanın Müdafiəsi üzrə Federal Təşkilatı və ştatların təhlükəsizlik bölmələri nəzarət edir.

Təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı Avropa İttifaqından da açıqlama verilib.

Aİ Komissiyasının sözçüsü Kristian Viqand, "Avropanın və Avropadakı hər kəsin təhlükəsizliyi Komissiya üçün prioritet və əsas elementdir" deyib.

O, komissiyanın təhlükəsizliyin təmin edilməsi üçün bir çox tədbirlər gördüyünü bildirib.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu