Azərbaycanla Rumıniya arasında strateji əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb

Xəbərin çap versiyası
Tarix: 16-03-2019, 10:36    |    Xəbər oxunub: 605 dəfə
Azərbaycanla Rumıniya arasında strateji əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb


Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev VII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətində Rumıniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir iki ölkə arasında artıq 10 ildir ki, strateji tərəfdaşlığın qurulduğunu və ildən-ilə gücləndiyini deyib, xanım Birçalın da bu sahədə öz töhfəsini verdiyini vurğulayıb. S.Babayev Rumıniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.

Nazir bununla bağlı Rumıniyanın Avropa İttifaqı (Aİ), ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə dəstəyinin, Aİ-Azərbaycan əlaqələrinin genişlənməsində fəal iştirakının önəmini qeyd edib. Ölkələrimiz arasında hökumətlərarası Müştərək Komissiyanın fəaliyyətindən bəhs edən S.Babayev Komissiyanın ötən il Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən 5-ci iclasının səmərəli olduğunu bildirib.

A.Birçal Azərbaycana səfərə gəlməkdən, VII Qlobal Bakı Forumunda iştirak etməkdən məmnunluğunu ifadə edib, Forumun qlobal əhəmiyyətini vurğulayıb. O, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin daim inkişaf etdiyini və genişləndiyini, Müştərək Komissiya tərəfindən bu sahədə yeni uğurlu nəticələrə yönəlik məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Görüşdə Komissiyanın ötən ilki 5-ci iclası zamanı əldə olunmuş razılığa əsasən iki ölkə arasında praktiki əməkdaşlığa dair hazırlanmış Tədbirlər Planı layihəsindən bəhs olunub. Layihənin təkmil şəkildə hazırlanması üçün aparılan işlər qeyd edilib. Ticarət-iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyi arasında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur