Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü işə başlayıb


Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü işə başlayıb


Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.



AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Zirvə Görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro açıb.

“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

* * *09:58

Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü öz işinə başlayır.

Zirvə Görüşündə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü iki gün - bu gün və sabah keçiriləcək.

Qeyd edək ki, 21-22 oktyabr tarixlərində iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü baş tutub. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə ediblər. Hərəkata üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Həmçinin, oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti baş tutub.

Trend xatırladır ki, Hərəkat 1961-ci ildə yaradılıb. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin təqribən 55%-i Hərəkata üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45