"Air France" Nigerə uçuşları dayandırır


Fransanın milli hava yolu şirkəti "Air France" Nigerdəki xuntanın hava məkanını bağladığını elan etdikdən sonra bu ölkəyə uçuşları ikinci bir bildirişə qədər dayandırdığını bildirib.


"Air France"dan verilən açıqlamaya görə, Nigerin paytaxtı Niameyə uçuşlar dayandırılıb.

Fransız televiziya kanalı BFMTV-nin məlumatına görə, bəyanatda Mali və Burkina Fasoya birləşdirən uçuşların da avqustun 11-dək dayandırıldığı və qərarın səbəbi kimi Nigerdəki xunta rəhbərliyinin ölkədəki hava məkanını beynəlxalq uçuşlara bağlaması göstərilib.

Açıqlamada son hadisələrə görə Sahel bölgəsindəki digər birləşdirici uçuşların müddətinin uzadıla biləcəyi vurğulanıb.

Bildirilir ki, şirkət Afrikaya uçuşlarını yenidən qurmağa hazırlaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu