Hindistanda uçqun altında qalan 41 nəfərin xilası əllə qazma ilə davam edəcək


Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tunelin çökməsi nəticəsində iki həftədir qapalı qalan 41 işçinin axtarış-xilasetmə işləri qazma maşını xarab olduqdan sonra əllə qazma üsulu ilə davam etdiriləcək.


"Hindustan Times"ın məlumatına görə, axtarış-xilasetmə işlərinə töhfə verən avstraliyalı tunel mütəxəssisi Arnold Diks proseslə bağlı mətbuata danışıb.

Diks, ABŞ istehsalı olan qazma maşınının metal tirə dəydikdən sonra xarab olduğunu və təmir edilə bilməyəcəyini bildirib.

Bu kontekstdə işçiləri xilas etmək üçün başqa üsullardan istifadə ediləcəyini izah edən Diks, hazırda bütün variantları əhatəli şəkildə qiymətləndirdiklərini söyləyib.

Əyalətin baş naziri Puşkar Sinq Dhami verdiyi açıqlamada qazma maşınının xarab olmasından sonra xilasetmə işlərinin sabahdan etibarən əl ilə qazma üsulu ilə davam etdiriləcəyini bildirib.

Dhami qapalı qalan işçilərlə görüşdüyünü və onların əhvallarının çox yüksək olduğunu vəziyyətlərinin yaxşı olduğunu söylədiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu