Pirşağıda 40 min kubmetrlik tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Xəbərin çap versiyası
Tarix: 19-07-2018, 16:30    |    Xəbər oxunub: 648 dəfə
Pirşağıda 40 min kubmetrlik tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.



Azərbaycan hökumətinin və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi intensiv qaydada davam etdirilir.


"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, icrasına 2017-ci ildə başlanılmış layihə üzrə işlərin 70 faizi yerinə yetirilib. Relyef nəzərə alınaraq ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılacaq. Tullantı sularının tərkibində olan iri əşyalar barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşmaq üzrədir. Yarana biləcək qoxunu aradan qaldırmaq məqsədilə dezodorasiya qurğusu inşa edilir.

Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də son mərhələdədir. Ən sonda tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi nəzərdə tutulur. Tullantı Sutəmizləyici Qurğular Kompleksinin tikintisi üzrə 27 min kubmetr beton işinin 55 faizlik hissəsi yerinə yetirilib.

Qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda dənizə çıxış xətiinin qaynaq və izolyasiya işləri tam yekunlaşıb. Çıxış xəttinin 1300 metrlik hissəsi dənizin dibi ilə xüsusi təyinatlı gəmilər vasitəsilə quraşdırılacaq. Bu məqsədlə dənizin dibi ilə marşrut seçilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb.

İnşasında ən son texnologiyalardan istifadə olunacaq qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların əksər hissəsi tədarük olunaraq əraziyə daşınıb. 2019-cu ilin əvvəllərində inşası başa çatdırılacaq kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Gələcəkdə Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, Azərbaycanda ilk dəfə olaraq bu qurğuda təmizlənmiş suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır. Bu məqsədlə xüsusi tipli membran filtrlərin quraşdırılması layihələndirilib.

Qeyd edək ki, “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.

Pirşağıda 40 min kubmetrlik tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Pirşağıda 40 min kubmetrlik tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Pirşağıda 40 min kubmetrlik tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur