Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı


Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı


Maliyyə Bazarlarına Nəzarət Palatası “Kompensasiya məbləğinin sorğulanması” xidmətinə başlayıb.

Xidmətdən Palatanın saytına daxil olaraq istifadə etmək olar.

Palatanın saytının “Problemli kreditlərin həllinə dair məlumat” hissəsində “Kompensasiya məbləğinin sorğulanması” pəncərəsi yaradılıb.

Bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiya məbləğini öyrənə bilər. Keçid üçün link: https://pk.fimsa.az/

“Kompensasiya məbləğinin sorğulanması” xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir.

Oxu.az xatırladır ki, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu