Xəzər Universitetində aktiv məşğulluq tədbiri keçirilib


Xəzər Universitetində aktiv məşğulluq tədbiri keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu dəfə Xəzər Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.

AFN xəbər verir ki, tədbirdə tələbə və məzunlara yiyələndikləri ixtisaslar üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib, onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq imkanı yaradılıb. İşəgötürənlərin nümayəndələri isə ixtisaslı kadr seçimini aparmaq imkanı əldə ediblər.

Aktiv məşğulluq tədbirində 55 müəssisə tərəfindən 278 vakant iş yeri və 12 təcrübə proqramı təqdim edilib. İştirakçılara seçdikləri və ixtisaslarına uyğun vakant iş yerlərinə göndərişlər verilib.

Tələbə və məzunlar işəgötürənlərin nümayəndələrinə CV-lərini təqdim ediblər. Həmçinin iştirakçılar təcrübə proqramlarda iştirak etmək üçün qeydiyyata alınıblar.

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri il boyu davam etdiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu