Dövlət Komitəsinin sədri BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 17-04-2019, 15:53    |    Xəbər oxunub: 507 dəfə
Dövlət Komitəsinin sədri BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

AFN xəbər verir ki, R.Rzayev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdikləri məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşlikatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Qeyd olunub ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin apardığı sosial siyasətin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

Bundan başqa məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə dəstək məqsədi ilə keçirilən əmək yarmarkaları, eləcə də onların müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunmaları üçün keçirilən aksiyalar haqqında ətraflı məlumat verilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki dövlət siyasətini, onların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib, ölkəmizdə mövcud təcrübənin dünyada nümunə olduğuna diqqət çəkib.

Görüşdə eyni zamanda “Fuji” humanitar missiyasının məcburi köçkün və aztəminatlı ailələr üçün keçiriləcəyi növbəti optometrik aksiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu il missiyanın Azərbaycandakı fəaliyyətinin 15 ilinin tamam olduğuna diqqət çəkilib və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur