“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir


“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının "Doing Business" hesabatı üzrə ekspertləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının nümayəndələrinə "Doing Business" hesabatının metodologiyası istiqamətində təlimlər keçirir. Təlimdə Komissiyanın işçi qruplarında təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak edir.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd 12 indikatordan ibarət olan "Doing Business" hesabatının hər bir indikatoru üzrə metodologiyanın tələblərinin işçi qruplarının üzvlərinə öyrədilməsi, onların bu sahədə məlumatlılığının artırılması və daha yaxşı mənimsənilməsinin təmin edilməsi, eyni zamanda metodologiyanın tələbləri üzrə sualların cavablandırılması və müzakirlərin aprılmasıdır.

İİTKM-in analitiki Nərmin Kazımlı bildirib ki, "Doing Business" ekspertlərinin belə bir təlim keçirməsi növbəti islahatların dizayn edilməsində, qanunvericiliyin təkmilləşdirilməsində, beynəlxalq təcrübəyə uyğunluğun təmin edilməsi baxımından əhəmiyyətlidir. Təlimin keçirilməsi ilə işçi qruplarının nümayəndələrinə dünya təcrübəsinin öyrənilməsi, metodologiya üzrə tələblərin daha dərindən mənilmsənilməsi və bacarıqlarının artırılmasına şərait yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iki gün davam edəcək təlimdə 50-dən artıq dövlət qurumunun nümayəndəsi iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu