Bakıda quyuya düşən inək belə xilas edildi - VİDEO




Ötən gün Bakıda quyuya düşən inək Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xəzər rayonunda iribuynuzlu heyvanın dərinliyi 10 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu