Hepatit A nədir, ondan necə qorunaq?


Hepatitlər ən yüksək yoluxma səviyyəsinə malik viruslardandır. Hətta artıq dünya alimləri birmənalı olaraq bu virusların HİV-dən daha yüksək sürətlə yayıldığını və bəşəriyyət üçün daha böyük təhlükə yaratdığını qəbul və elan ediblər. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən hal-hazırda hepatitlərə yoluxanların sayı 2 milyarddan artıqdır.

Virus hepatitlərin yüngül subklinik, ağır klinik gedişə malik, qaraciyərin sirrozuna və xərçənginə səbəb olan müxtəlif formaları var. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yer tutur. Bunlar arasında parenteral yolla yoluxan B(HBV), C(HCV) virus hepatitləri əhalinin sağlamlığına daha böyük təhlükədir. Bu virusları təhlükəli edən əsas amil onların xronikiləşməyə yüksək meylli olmalarıdır. Belə ki, HBV-yə yoluxanların 5-10 faizində, HCV-yə yoluxanların isə 80 faizində xəstəlik xroniki hala keçir. Heç bir əlaməti ilə özünü büruzə verməyən bu viruslar uzun illər boyu insan orqanizmində qalaraq, yalnız ən son mərhələdə - orqanizmin əsas həyat funksiyalarına malik orqanları, ən əsası isə qaraciyəri sıradan çıxardıqdan sonra aşkarlanır. Bu viruslara yoluxan insanlarda əksər hallarda qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada HBV-dən 2 milyondan yuxarı insan ölür. Təşkilatın proqnozuna əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər sirrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə iki dəfə artacaq.
Bu qorxulu virusun C və B növü haqda yazılarımızdan sonra A növü ilə bağlı məlumatlandırıcı məlumatı diqqətinizə çatdırırıq.
Hepatit A olduqca yoluxucudur və xalq arasında sarılıq adıyla tanınınr. Hepatit A çox qida, nəfəs yolu ilə asanlıqla yoluxa bilən xəstəlikdir. Cinsi əlaqə və ya xəstə bir insanın qan, sidik kimi bədən mayelərinə təmasla da yoluxma mümkündür. Hepatit A-ya yoluxan xəstələrin böyük əksəriyyəti yaxşılaşır, lakin xəstəlik olduqca ağır keçir. Digər hepatit növləri kimi hepatit A da qaraciyərin iltihablanmasına səbəb olur.

Hepatit A-nın əlamətləri:

- Ürək bulanması, qusma, ishal,
- Şiddətli iştahsızlıq,
- Mədə-ağırsaq şikayətləri,
- Qarnın üst nahiyəsində ağrı,
- Yorğunluq. Tək Hepatit A-da 38 dərəcəyə çatan yüksək temperaturla yanaşı, oynaq ağrıları da əmələ gəlir. Temperatur sarılığın ilk bir neçə günündə normala dönür.
- Göz ağının, dəri və mukoz membranların saralması,
- Sidiyin rənginin tündləşməsi,
- Nəcisin rənginin açılması.
Xəstəliyin başlanğıcından 2 - 3 həftə sonra nəcisin rəngi normala dönür. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər və sarılıq görülə bilər.
Hepatit A-ya yoluxmuş sarılığın ortaya çıxmasından iki həftə əvvəl və sarılığın ortaya çıxmasından bir həftə sonraya qədər nəcislə çox miqdarda Hepatit A virusu xaric edir. Bu isə xəstəliyin ailədəki digər adamlara yoluxması üçün münbit şərait yaradır.
Hepatit A virusu ümumiyyətlə oral-fekal (ağız-nəcis) yolla, kontamine olmuş (virus yoluxmuş) su və ya qidaların qəbuluyla, şəxslər arası təmasla, ya da cinsi təmasla yoluxur. Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girir. Hepatit A virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir.

Xəstəlikdən qorunma tədbirləri:

- Fərdi gigiyena, əllərin tez-tez yuyunması və tullantıların sağlam uzaqlaşdırılması qaydalarına riayət etmək,
- İçməli və məişət suyunun təmizlənməsinə nəzarət etmək,
- Kafi kanalizasiya sistemlərinin təmiri,
- Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyulması və bişirilməsi,
- Bakterioloji idarə olunmayan içməli suların qaynadılması,
- Uşaq bağçalarında işləyən personala və yaşayanlara lazımlı təhsilin verilməsi.

Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz. Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənddir.
Peyvəndin qoruyuculuğu 94-100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evlərində, qocalar evində və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin olunmalıdır.
Hepatit A qaraciyərə uzun müddətli zədələyici təsir etmir, lakin nadir hallarda qaraciyər çatmamazlığı komaya və ölümə səbəb ola bilər. Belə xəstələrin əksəriyyəti tam müalicə olunurlar. Bu xəstəliyi keçirənlərdə davamlı ömürlük immunitet yaranır. Hepatit A zamanı tam yataq rejiminə əməl ediməlidi. Bu virusdan 98% hallarda tam sağalma baş verir. Əsas ağırlaşma və fəsadlar yaşlı insanların bu virusa yoluxması zamanı qeydə alınır. Mütəxəssilər bildirirlər ki, yaşlı insanlarda Hepatit A-ya qarşı immunitet çox zəif olduğu üçün əksər hallarda fəsadlar yaranır.

Yazı “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanb.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45