Özləri uşaqdılar, qucaqlarında uşaq gəlirlər Milli Məclisə




Azərbaycanda erkən nikahlardan çox danışılır. Bu izdivacların qadınlar üçün hansı fəsadlar törətdiyi, hansı problemlər yaratdığı barədə tez-tez məlumatlar verilir. Lakin ekspertlərin fikrincə, problem qalırsa, demək, hələ də maarifləndirmə işlərini davam etdirmək və hətta gücləndirmək lazımdır.

"Məişət zorakılığına son qoyaq” internet verilişinin qonaqları, millət vəkili Jalə Əliyeva qeyd edib ki, erkən nikahların ən böyük fəsadı bədbəxt ailənin təməlinin qoyulmasıdır. Çünki adətən erkən yaşda qızları Rusiyada, Türkiyədə işləyən özlərindən yaşlı kişilərə verirlər: "Bir müddət sonra onlar arvadı atıb geri dönürlər, məlum olur ki, onların ayrı ailəsi var. Qız da ata evinə sığınmaq istəyəndə orada bağlı qapı ilə üzləşir. Bir ailə böyüyünün səhvi ucbatından övladları bədbəxt olur. Ən yaxşı halda dövlətə sığınır. Bir də görürsən ki, özü uşaqdı, amma qucağında uşaq gəlib Milli Məclisin qabağına, kömək istəyir. Amma kömək tapmayanda, cəmiyyətdəki naqisliklərlə üzləşir, cəmiyyətin dibinə yuvarlana-yuvarlana gedir”. Qanuna görə, 28 yaşına qədər nikaha girə bilməzlər.

İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə İB-nin həyata keçirdiyi layihə çərçivəsində hazırlanan bu proqramda bundan əlavə, məişət zorakılığına qarşı mübarizə üsulları, bundan əziyyət çəkən insanların insan alveri qurbanına çevrilməsi, bu sahədə görülən və görülməsi vacib olan işlər barədə məlumat verilib. "Məişət zorakılığına qarşı mübarizənin təbliğinə dair internet TV verilişlərinin hazırlanması” layihəsi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində məişət zorakılığına qarşı mübarizəyə dair altı proqram hazırlanıb, internet resurslarına yerləşdirilib. Proqramlarda dövlət qurumları, Milli Məclis nümayəndələri ilə yanaşı QHT təmsilçiləri də iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45